Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy A40s” smartfonu təqdim olunub


"Samsung" şirkəti fevralda təqdim edilən "Galaxy M30" smartfonunun modifikasiya edilmiş versiyası olan yeni "Samsung Galaxy A40s" modelini nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən yazır ki, yeni qurğu HD (1560 х 720 piksel) təsvir ölçülü 6,4 düym diaqonallı "Super AMOLED Infinity-V" ekranla təchiz olunub. Displeyin yuxarı hissəsinə damcıvarı şəkildə olan maksimal f/2,0 diafraqmaya malik 16 meqapikselli ön kamera quraşdırılıb. Smartfonun əsasını 1,8 QHs takt tezlikli səkkiznüvəli "Exynos 7904" prosessoru təşkil edir. Operativ yaddaş tutumu 6, quraşdırılmış isə bu sinfə aid qurğular üçün standart hesab edilən 64 giqabayta bərabərdir.

 

Arxa kamera 13 və 5 meqapiksel təsvir ölçülü qoşa ötürücülərdən ibartədir. Akkumulyator tutumu 5 min milliamper/saata bərabər modelin qabaritləri 158,4 х 74,9 х 7,4 mm, çəkisi 174 qram təşkil edir.

 

"Samsung Galaxy A40s" smartfonu 220 dollar qiymətləndirilir.

 

Nizam Nuriyev






23/04/19    Çap et