Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şirkətlərə şəxsi domen zonalarını almağa icazə veriblər


İCANN (The Internet Corporation for Assigned Names and Numbers) korporasiyası ticarət markasının adı ilə uyğun gələn yuxarı səviyyə domen adlarının tətbiqini qərara alıb. İCANN-ın qərarına əsasən, böyük şirkətlər artıq mövcud olan org və .com kimi domen zonalarından deyil, artıq şəxsi adlarından istifadə edə biləcəklər.
Analitiklər tezliklə çoxlu sayda böyük şirkətlərin şəxsi domen adlarını, məsələn .apple, .toyota və ya .bmw kimi qeydiyyat edəcəyini gözləyirlər. İCANN Direktorlar şurasının nümayəndəsi Sebastyan Başole bildirib ki, korporasiyada yeni domen adlarının tətbiqi vaxtı qatmaqarışıqlıq yaranmaması üçün bütün lazımi vasitələr var.
Şəxsi domen adının alınmasına sifarişin dəyəri 185 min dollar təşkil edir, həmçinin şirkətlər İCANN tərəfindən təyin edilmiş bir sıra şərtlər yerinə yetirməli olacaqlar. Sifarişlər fərdi sahibkarlardan qəbul edilməyəcək. Hal-hazırda internetdə 250-dən çox milli domen fəaliyyət göstərir.




20/06/11    Çap et