Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur mobil oyun istehsalçısı dünyada ilk pərakəndə mağazasını açıb


Mobil oyunlar istehsalçısı “Rovio”-nun bütün dünyada “Angry Birds” personajları ilə bağlı oyuncaq və digər mallar satan pərakəndə mağazalar şəbəkəsi açmaq planları var.

İlk belə salonun Çində açılacağı gözlənilirdi, lakin Finlandiya şirkəti “Angry Birds” ilk mağazasını Helsinkidə açıb. Əsas mallar - müxtəlif rəngli quşlar və yaşıl donuz oyuncaqlardır. Nəhəng sapandı almaq mümkün olmayacaq, lakin onun üzərində oturmaq və alış-verişdən istirahət etmək olar.




14/11/11    Çap et