Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger”, “Instagram” və “WhatsApp” arasında mesaj mübadiləsi mümkün olacaq


Mark Sukerberq "F8" tərtibatçılar konfransında "Facebook Messenger", "Instagram" və "WhatsApp" arasında mesaj mübadiləsi funksiyasını istifadəyə verməyə dair söz verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, sözügedən platformanın istifadəyə verilmə müddəti hələ ki dəqiq bilinmir. "Engadget" resursunun məlumatına görə, bu, artıq 2019-cu ildə reallaşa bilər.

 

İstifadəçilər "Facebook"a məxsus 3 müxtəlif kommunikasiya platforması arasında mesajlar göndərə və qəbul edə biləcəklər.

 

Emil Hüseynov






02/05/19    Çap et