Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan ÜPİ-nin təşkil etdiyi beynəlxalq seminarda təmsil olunacaq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin nümayəndələri 21-23 noyabr 2011-ci il tarixlərində Moskva şəhərində ÜPİ-nin Avropa və MDB ölkələri üzrə regional strateji layihəsinin inkişaf planına uyğun olaraq bu təşkilatın RRB-lə birgə təşkil etdikləri V beynəlxalq seminarda, həmçinin, 24 noyabr tarixində “ÜPİ-nin 25-ci konqresinə hazırlıq üzrə” işçi qrupunun iclasında iştirak edəcək.

Seminarda Azərbaycan təmsilçiləri ölkədə poçt və maliyyə xidmətləri sahəsində əldə etdikləri nailiyyətlər barədə təcrübələrini bölüşəcəklər.




14/11/11    Çap et