Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” “Direct” mobil proqramını bağlayacaq


“Instagram” komandası yaxın həftələr ərzində mesajlaşmaq üçün “Direct” mobil proqramının dəstəyini dayandırmaq niyyətindədir. Bu mobil proqramla bağlı bütün işləmələr əsas proqrama daşınacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, biz “Direct” mobil proqramı üzərində sınaqları dayandırdıq və “Instagram Direct”i dostlarla ünsiyyət üçün ən yaxşı yer etməyə davam edəcəyik, – sosial şəbəkənin nümayəndəsi “TechCrunch” nəşrinə deyib.

 

O, sözügedən proqramın bağlanması haqda məlumat verməyib.

 

Xatırladaq ki, “Direct” mobil proqramı 2017-ci ilin dekabrında istifadəyə verilib.

 

Emil Hüseynov






17/05/19    Çap et