Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkətinin yeni planşeti satışa çıxarılıb


“Amazon” şirkəti büdcəyə uyğun “Kindle Fire” planşetinin satışına planlaşdırılmış müddətdən tez başlayıb. Qurğunun internet mağazaya noyabr ayının 15-də daxil olacağı bildirilmişdi, lakin faktiki satışlar noyabr ayının 14-dən başlanıb.

“Kindle Fire” yalnız ABŞ ərazisində satılır. Qurğunun qiyməti 199 dollar təşkil edir. Planşeti “Amazon” saytından almaq olar. Planşet 7 düymlü 1024x600 nöqtə kəskinlikli rəngli sensor ekranla və 1 QHZ takt tezlikli ikinüvəli prosessorla təchiz edilib.

Daxili yaddaş tutumu 8 qiqabayt təşkil edir. “Kindle Fire” planşeti “Wi-Fi” moduluna malikdir, lakin “3G” şəbəkələrinə qoşula bilmir. Aparat “Android 2.3” platformasının dəyişilmiş versiyası ilə işləyir.




15/11/11    Çap et