Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək


“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “LIGA.net www.liga.net” resursuna istinadən yazır ki, məlumata görə, korporasiya istifadəçi sazişi üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Yeni qaydalara görə, istifadəçi hesabı iki ildən çox müddət ərzində aktiv olmadığı halda ləğv ediləcək. Köhnə şərtlər beş ildən çox qeyri-aktiv akkauntların silinməsini nəzərdə tutub.
 
Sənəddə qeyd olunur ki, istifadəçi “Microsoft” hesabının aktivliyini qorumalıdır. Bu, “Xbox” istifadəçilərinin akkauntlarına da şamil edilir. 
 
Bundan başqa, yeni qaydalar qüvvəyə mindikdən 30 gün sonra sistemdə təkrar avtorizə tələb olunur.
 
Yeni dəyişikliklər avqustun 30-dan etibarən qüvvəyə minəcək.
 
Nizam Nuriyev





15/07/19    Çap et