Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” yeni axtarış sistemini sınaqdan keçirir


“Microsoft” korporasiyası olduqca orijinal axtarış sistemi təşkil edən yeni “Socl” sosial xidmətinin yaradılması üzərində işləyir. Qeyri-rəsmi məlumatlara görə, dünən yeni xidmətin test edilməsinə başlanılıb.

“TechCrunch” portalı yazıb ki, “Socl” sosial xidmətinin test edilməsi qapalı rejimdə keçir və orda yalnız “Microsoft” əməkdaşları iştirak edirlər.

Bir çox analitiklər hesab edirlər ki, nəticə elə də yaxşı olmaya bilər və “Socl” həyata keçməyən ideya kimi qalacaq. Əgər “Socl”-ı sosial axtarış sistemi adlandırırlarsa, onda o, ehtimal ki, “Microsoft”-un əsas axtarış xidməti olan “Bing” ilə əlaqəli olacaq. “Bing” isə son zamanlar “Facebook” sosial şəbəkəsi ilə çox sıx bağlıdır.




17/11/11    Çap et