Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype for Business Online” xidmətinin fəaliyyətinin dayandırılması tarixi məlum olub


“Microsoft” korporasiyası şirkətlərdə konfrans və birgə işin keçirilməsi üçün nəzərdə tutulmuş “Skype for Business Online” xidmətinin fəaliyyətinin dayandırılacağı tarixi açıqlayıb. Proqram nəhəngi “Microsoft Teams” məhsulunun irəliləyişi ilə məşğul olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Skype for Business Online”ın müştəriləri xidmətdən 31 iyul 2021-ci il tarixinədək tam istifadə edə bilərlər, ancaq həmin müddətdən sonra bütün yeni istifadəçilər yazışma, görüş və zəng məqsədilə “Teams” məhsuluna yönləndiriləcək.

 

“Skype for Business Online” xidmətinin fəaliyyətinin dayandırılması “Skype”ın müştəri versiyasına, həmçinin “Skype for Business Server”in korporativ həllinə təsir göstərməyəcək.

 

Emil Hüseynov






31/07/19    Çap et