Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy Nexus” smartfonunun satışları başlanıb


Bu gün Avropada “Android 4.0” əməliyyat sistemi ilə işləyən “Galaxy Nexus” smartfonunun satışları başlanıb. “Samsung Hub” xəbər verib ki, yeni qurğunu Böyük Britaniyada “Phones4U” riteyler salonlarından almaq olar.

Hələ ki “Galaxy Nexus” smartfonlarını yalnız operatorla müqavilə bağlamaqla almaq olar. Bu halda smartfon pulsuz verilir, lakin 2 il ərzində hər ay tarif planı üzrə 41-46 funt ödəmək lazım olacaq.

“Galaxy Nexus” smartfonu 4,65 düymlü 1280x720 nöqtə kəskinlikli “HD Super AMOLED” ekranla təchiz edilib. Smartfon 1,2 QHz takt tezlikli ikinüvəli “Tİ OMAP” prosessoruna, 2 ədəd kameraya, “Bluetooth 3.0”, “Wi-Fi”, “GPS” və “NFC” modullarına, 1 QB əməli yaddaşa və 32 QB daxili yaddaşa malikdir. Yaddaş kartları üçün slot yoxdur. Qurğunun ölçüləri 136x68x8,9 mm, çəkisi isə 135 qramdır.




17/11/11    Çap et