Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

200 milyon “Android” qurğu satılıb


“Google” şirkətinin “Android” üçün məzmun direktoru Ceym Rozenberq mobil əməliyyat sistemi inkişafının uğurlarından danışıb. Onun sözlərinə əsasən, satılmış “Android” qurğuların sayı 200 milyonu ötüb, halbuki hələ 6 ay əvvəl bu göstərici 2 dəfə az idi.

Hər gün orta hesabla 550 min belə aparat satılır. “Android” əməliyyat sistemi ilə işləyən ilk 100 milyon smartfon və planşet satmaq üçün “Google” partnyorları 2 il yarım vaxt sərf ediblər. Bu nəticəni ikiqat artırmaq üçün istehsalçılar cəmi 6 ay müddət sərf ediblər.




17/11/11    Çap et