Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni protokol “Wi-Fi” nöqtəsindən ötürülən videonun keyfiyyətini yaxşılaşdıracaq


Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) alimləri bir “Wi-Fi” çıxış nöqtəsindən ötürülən bir neçə videonun keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək yeni protokol hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, ənənəvi “Wi-Fi” protokolları kanalın mümkün buraxılış qabiliyyətini qoşulmuş istifadəçilərin sayına görə bölür. Bu isə o deməkdir ki, televizorda futbol oyununa baxmağa hazırlaşan ailə başçısına və smartfonda cizgi filmini qoşan uşağa həmişə eyni sürət ayrılacaq.

 

Lakin bir neçə videounun eyni anda translyasiyası zamanı simsiz şəbəkə daha çox yüklənə bilər. Buraxılış qabiliyyəti çatışmazlığı nəticəsində isə görüntü piksellərə bölünəcək.

 

Məlumata görə, laboratoriya tərəfindən hazırlanan yeni “Minerva” protokolu videoya baxmaq təəssüratını korlamamağa imkan verəcək. Sistem məlumatların buraxılış zolağını müxtəlif istifadəçilərin tələbatına uyğun bölüşdürdükdən sonra onu translyasiya edilən kontentin tipini nəzərə almaqla bu və ya digər tərəfə yönəldir. Məsələn, cizgi filminin smartfona ötürülməsi üçün “Minerva” az, böyük ekranda yubanmayan və sürətlə hərəkət edən video-görüntü üçün çox buraxılış qabiliyyəti ayıra bilər.

 

Keçirilmiş sınaqlarda yeni protokol məlumat mübadilə vaxtını 50 faiz azaltmağa kömək edib, 3,1 halda isə 720p formatından 1080p təsvir ölçüsünə keçmə ekvivalentində göstərilən videonun keyfiyyətini yaxşılaşdırıb.

 

Nizam Nuriyev






20/08/19    Çap et