Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk “BQ” televizorları təqdim olunub


Smartfonları ilə tanınan Rusiyanın “BQ” elektronika brendi televizorlar istehsalına başlayıb. İlk modellər seriyasına 23,6-31,5 düym diaqonallı 6 televizor daxildir. Onların hamısı “ağıllı” televizorlar sinfinə aiddir və rəqabət fonunda əlverişli qiymətləri ilə seçilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, “BQ 2201B” və “BQ 2202B” modelləri “Full HD” təsvir ölçülü 21,5 düymlü ekran və 6 vatt gücündə quraşdırılmış audiosistemlərlə təchiz edilib. Daha böyük “BQ 2401B”, “BQ 2402B” və “BQ 3201B”, “BQ 3202B” modelləri müvafiq olaraq “HD” formatlı displeyə və 16 və ya 14 vatlıq dinamiklərə malikdir. Bütün televizorlarda geniş baxış bucaqlı və 16,7 milyon rəngi əks etdirmək qabiliyyətinə malik “LED” matrisallarından istifadə olunub. Bundan başqa, qurğular analoq və rəqəmli (DVB-C/T/T2/S2) qəbuledicilər, “USB” və “HDMI” çıxış, komponent və kompozit çıxış, koaksial çıxış, qulaqcıq üçün çıxış və “CI ” kartı üçün slotla təchiz olunub.

 

“BQ 2201B” və “BQ 2202B” modellərinin qiyməti 99,26 dollar, “BQ 2401B” və “BQ 2402B” televizorlarının 106,91 dollar, “BQ 3201B” və “BQ 3202B” modellərinin 137,46 dollar təşkil edir.

 

Nizam Nuriyev






12/09/19    Çap et