Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mühəndislər neyron siqnalları, süni əzələ və işığın köməyi ilə hərəkət edən robot hazırlayıblar


İllinoys Universitetinin mühəndisləri motorlu neyronlar, süni əzələlər və işığın köməyilə hərəkətə gələn kiçik hibrid biorobot hazırlayıblar. Bu haqda "New Atlas" nəşri yazır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, robot süni əzələ toxuması və işığa həssas motorlu neyronları saxlayan yumşaq karkasdan ibarətdir. Neyronlar işığın təsiri altında əzələlərə siqnal ötürərək robotu hərəkət etməyə məcbur edirlər.
 
Tamamilə avtonom işləyən qurğu kənar enerji mənbələrindən asılı deyil: başqa sözlə, robot yalnız əzələləri yığılmağa məcbur edən neyron impulsları sayəsində hərəkət edir.
 
Emil Hüseynov




18/09/19    Çap et