Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CES 2012” sərgisində 30-50 ultrabuk modeli təqdim ediləcək


Hələlik dünya istehsalçıları ultrabuklar bazarına çox ehtiyatla yanaşırlar. Lakin, “İntel” şirkəti vəziyyəti yaxşı tərəfə dəyişdirməyə hazırlaşır. Yanvarın 10-dan 13-dək Las-Veqasda ənənəvi “CES” sərgisi keçiriləcək.

Təşkilatçıların sözlərinə əsasən, tədbir gedişində müxtəlif şirkətlər 30-50 leptop modeli təqdim edəcəklər. Lakin “CES 2012” sərgisində əsas diqqət planşetlərə yönələcək. Sərgiyə ən azı 100 yeni modelin gətiriləcəyi gözlənilir.




19/11/11    Çap et