Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərin yazıları altında bəyənmələrin sayını gizlətməyə başlayıb


“Facebook” sosial şəbəkəsində bəyənmələr və baxışların sayını gizlədən funksiya sınaqdan keçirilir. Bu haqda “The New York Times” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sosial şəbəkənin nümayəndəsi Cimmi Raymonun sözlərinə görə, indi şirkət dəyişikliklərin xidmətdən istifadə rahatlığını artırıb-artırmayacağını başa düşmək üçün məlumat toplayır.
 
İyulda analoji hal “Facebook”a məxsus olan “Instagram” üzərində sınaqdan keçirilməyə başlanıb. Yeni funksiya 7 ölkədə sınaqdan keçirilir: istifadəçilər layk əvəzinə yazını bəyənən ümumi dostların adını görür.
 
Emil Hüseynov





27/09/19    Çap et