Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliya alimi daha mükəmməl axtarış sistemi hazırlayır (VİDEO)


İtaliya alim-riyaziyyatçısı Massimo Marçiori gələcəyin axtarış sistemini işə salmağa hazırlaşır. Yeni sistem indiki axtarış sistemlərini əvəz etməlidir.

Bu barədə “Computerworld” yazıb. “Volunia” yaradıcısı yeni layihənin detallarını açıqlamır, yalnız iddia edir ki, bu layihə daha bir “Google” deyil, internet-axtarışın necə olmasına tamamilə yeni baxışdır. “Volunia” test rejimində cari ilin sonuna kimi işləməyə başlayacaq.

Alimin sözlərinə görə, əgər o, “Google” və “Bing” axtarış sistemləri ilə rəqabət apara biləcəyini düşünməsəydi, bu layihəni yaratmazdı. İtaliya alimini Tim Berners - Li ilə yanaşı, internetin yaradıcılarından biri adlandırırlar.

O, Ümumdünya hörümçək toru (World Wide Web Consortium, W3C) Konsorsiumunun üzvü, “P3P” internet-protokolunun yaradıcılarından biri, “XQuery” və “OWL” veb-standartlarının həmmüəllifidir. Massimo Marçiorinin hazırlamaları, həmçinin “Google” axtarış sistemində istifadə olunur.






21/11/11    Çap et