Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cari rübdə “Kindle Fire” satışları 6 milyona çatacaq


Cari rübdə “Kindle Fire” satışları 6 milyona çatacaq. Analitiklər bildiriblər ki, bu qurğu Şimali Amerika bazarında, istehlakçılar tərəfindən alınacaq ən yayılmış texnologiya qurğularından biri olacaq.

“DisplaySearch” şirkətinin analitiki Riçard Şim bildirib ki, “Kindle” satışları dördüncü rübdə 6 milyona çatacaq. Onun sözlərinə görə, “DisplaySearch” əvvəlcə 4 milyon “Kindle” satışları proqnozlaşdırırdı, lakin şirkətin yaxın vaxtlarda apardığı hesablamalara əsasən, bu qurğulara yalnız ilkin sifarişlər təxminən 5 milyonu ötüb.

“İHS iSuppli” analitik şirkətinin hesablamalarına əsasən, yeni “Kindle Fire” planşet kompyuterinin maya dəyəri 209,63 dollar təşkil edir.




21/11/11    Çap et