Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” dostların abunə və bəyənmələrini izləməyi qadağan edib


“Instagram” sosial şəbəkəsində dostların abunə və bəyənmələrini izləmək imkanı ləğv edilib. Bu haqda “BuzzFeed News” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, şirkətin nümayəndəsinin sözlərinə görə, bu funksiya bir çox istifadəçiləri qıcıqlandırırdı. İnsanlar abunəçilərinin “Instagram”da onların hərəkətlərini izləyə bilməsindən narahatçılıq keçirirdilər. Buna görə sözügedən problemin həlli ilə bağlı qərar qəbul edilib.

 

Xatırladaq ki, əvvəllər istənilən abunəçi onun dostunun bəyənmələrini, şərhlərini və kimlərə abunə olmasını görə bilirdi. Bu funksiya 2011-ci ildə istifadəyə verilmişdi.

 

Emil Hüseynov






10/10/19    Çap et