Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Fitbit” fitnes treker istehsalçısını 2,1 milyard dollara satın alır


"Google" şirkəti "Fitbit" daşınan qurğular və fitnes treker istehsalçısını 2,1 milyard dollara satın alıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.com" saytına istinadən yazır ki, "Google"un qurğular və xidmətlər üzrə böyük vitse-prezidenti Rik Osterlox yazıb ki, bu satınalma "Google" şirkətinə daşınan elektronika bazarında öz fəaliyyətini genişləndirməyə və "Wear OS" platformasını tanıtmağa imkan verəcək. 2020-ci ildə səhmdarlar və tənzimləyicilərin razılığından sonra razılaşmanı bağlamaq planlaşdırılır.

 

"Google"un xəbərində və "Fitbit"in press-relizində bildirilir ki, "Fitbit" qurğularını istifadə edənlərin məlumatları "Google" tərəfindən reklam nümayişi məqsədilə istifadə edilməyəcək.

 

"Fitbit"in həmtəsisçisi və baş direktoru Ceyms Park "Google"u mükəmməl tərəfdaş adlandırıb və bildirib ki, bu satınalma şirkətə öz hədəfinə (daha çox insana sağlam və aktiv həyat tərzi sürməyə kömək etmək) yaxınlaşmaqda kömək edəcək.

 

Emil Hüseynov






04/11/19    Çap et