Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” çox sadə olacaq


“Microsoft” korporasiyasından tərtibatçılar “Windows 8” əməliyyat sisteminin quraşdırılmasını maksimal dərəcədə sadə etməyə söz veriblər. Ən yaxşı halda sistemin təklif etdiyi seçimlərlə razılaşaraq sadəcə 11 dəfə klik etmək lazım olacaq.

Bununla belə daha təcrübəli istifadəçilər əvvəlki kimi quraşdırma prosesini öz tələblərinə uyğun olaraq müstəqil sazlaya bilərlər.

Alıcı, hətta 25 rəqəmli kodu belə yazmalı olmayacaq: kod “Windows 8” əməliyyat sistemi ilə birlikdə olacaq və quraşdırma zamanı özü aktivləşəcək. Quraşdırma prosesi tamamlandıqdan sonra USB və ya DVD-də yükləmə obrazı yaratmaq mümkündür.




22/11/11    Çap et