Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera Mini” istifadəçilərinin sayı 140 milyonu ötüb


2011-ci ilin oktyabr ayı üzrə məlumatlara əsasən, “Opera Mini” istifadəçilərinin sayı bütün dünyada 140 milyonu ötüb. Bu göstərici keçən il ilə müqayisədə 83% çoxdur. 2011-ci ilin oktyabr ayında “Opera Mini” mobil səyyahı vasitəsi ilə 86 milyard veb-səhifə ziyarət edilib.

Bu qədər sayda veb-səhifələrə baxış zamanı istifadəçilər 13 petabayt həcmində trafik yarada bilərdilər, lakin “Opera Mini” mobil səyyahında mövcud olan verilənlərin sıxılması texnologiyası sayəsində trafik 1,335 petabayta qədər azaldılıb.




23/11/11    Çap et