Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi Mi Max” seriyalı smartfonların buraxılışı dayandırılacaq


“Xiaomi” şirkəti “Mi Max” seriyalı ucuz smartfonların buraxılışını dayandıracaq. Bu barədə sosial şəbəkələrdə Çin istehsalçısının top meneceri Lu Veybinq məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun sözlərinə görə, şirkət səylərini “Xiaomi” və “Redmi” seriyalarına yönəldəcək. Bu isə o deməkdir ki, “Xiaomi” şirkəti eksperimental “Mi Mix” və ucuz “Mi Max” seriyalarının istehsalını dayandıracaq.

 

Ekspertlərin fikrincə, artıq bazarda böyük ekranlı ucuz smartfonlara tələbat azalıb. Buna misal kimi mütəxəssislər tərəfindən bazarda populyar qurğuların ekranının 6,7 düymdən böyük olmaması göstərilir. Bundan başqa, şirkətdən ucuz “Redmi” subbrendi ayrıldıqdan sonra köhnə ucuz qurğular seriyasına ehtiyac qalmayıb.

 

İlk “Xiaomi Mi Max” 2016-cı ilin mayında böyük ekranlı smartfonlara və planşetlərə alternativ kimi təqdim edilib. Bu seriyaya aid sonuncu “Mi Max 3” smartfonu 2018-ci ilin yayında buraxılıb.

 

Nizam Nuriyev






05/12/19    Çap et