Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir


Hyatt Regency mehmanxanasının “Quba” zalında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birlikdə “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir. Konfrans Hawlert Packart (HP), Vodofone və PriceWaterHouseCoopers şirkətlərinin maliyyə dəstəyi ilə təşkil edilib.

Müxtəlif dövlət orqanlarının nümayəndələrinin, Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərinin və İKT şirkətlərin rəhbər şəxslərinin iştirak edəcəyi konfransda informasiya texnologiyaları sahəsində artıq tətbiq olunan və gələcəkdə geniş vüsət alacaq “Cloud Computing”, “Blade sistemləri”, DATA Mərkəzləri, Mobil Broadband və Mobil Proqramlar eyni zamanda Web 2.0 mövzuları üzrə xaricdən dəvət olunmuş mütəxəssislərin məruzələri dinlənəcək və geniş auditoriyanın iştirakı ilə müzakirələr keçiriləcəkdir.




24/11/11    Çap et