Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində 2020-ci ildə rayon əhəmiyyətli şəhərlər “5G” şəbəkəsi ilə təmin ediləcək


Çin hakimiyyəti gələn ilin sonunadək rayon əhəmiyyətli bütün şəhərləri beşinci nəsil şəbəkəsi ilə təmin etməyi planlaşdırır, hazırda yalnız 50 ən böyük şəhərdə "5G" şəbəkələri əlçatandır. Bu haqda Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib.

 

"Biz 5G şəbəkələrinin geniş yayılmasını uğurla inkişaf etdirmək niyyətindəyik və 2020-ci ilin sonunadək rayon əhəmiyyətli bütün şəhərləri beşinci nəsil şəbəkəsi ilə təmin etməyi planlaşdırırıq" – bəyanatda deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, Çində beşinci nəsil şəbəkələrinin kommersiya istifadəsinə noyabrın 1-də başlanılıb, ölkənin əsas mobil operatorları ("China Telecom", "China Unicom" və "China Mobile"), həmçinin Çinin Media Korporasiyası (Çin Beynəlxalq radiosu, Çin Mərkəzi Televiziyası və Mərkəzi Xalq Radiosu daxildir) "5G"-nin kommersiya istifadəsi üçün lisenziyasına malikdirlər.

 

Sentyabrın sonuna olan məlumata görə, üç əsas mobil operator ölkə üzrə 80 mindən çox "5G" baza stansiyası quraşdırıb, ilin sonunadək onların sayının 130 minə çatdırılması planlaşdırılır.

 

"5G" real vaxt rejimində saniyədə 10 Qbitdən yuxarı sürətlə məlumat mübadiləsinə imkan verəcək ki, bu da "4G" şəbəkələri ilə müqayisədə 30 dəfə daha sürətlidir.

 

Emil Hüseynov






24/12/19    Çap et