Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bluetooth” tərtibatçıları səsin keyfiyyətini yaxşılaşdırmağa söz veriblər


“Bluetooth” standartının hazırlanması və inkişafı ilə məşğul olan “Bluetooth Special Interest Group” (Bluetooth SIG) təşkilatı yeni “LE Audio” texnologiyasını təqdim edib. Yeni texnoloji hazırlama “Bluetooth” qulaqlıqların səs keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Bluetooth LE Audio” texnologiyası Las-Veqasda keçirilən “Consumer Electronics Show 2020” (CES) sərgisi çərçivəsində nümayiş etdirilib. Yeni standart yüksək keyfiyyətli səs, eşitmə aparatlarının dəstəyini, audionun bir neçə qurğuya translyasiyası imkanı, həmçinin simsiz qulaqlıqlarla təkmilləşdirilmiş uyğunluğu təmin edir.

 

Avropa eşitmə cihazları istehsalçılarının assosiasiyası ilə əməkdaşlıq sayəsində “Bluetooth SIG” təşkilatı yaxın gələcəkdə televizorlar da daxil olmaqla bir çox qurğularda “LE Audio” texnologiyasının qoşulmasını reallaşdıra biləcək. Kinozallarda isə eşitmə qüsurlu tamaşaçıların qoşula biləcəyi “Bluetooth” sistemlər əlçatan ola bilər.

 

“LE Audio” spesifikasiyalarının 2020-ci ilin birinci yarısında yayımlanacağı gözlənilir. Yeni protokolu dəstəkləyən ilk cihazlar ən tez 2021-ci ildə təqdim ediləcək.

 

Emil Hüseynov






08/01/20    Çap et