Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” gündəlik məişət işlərini asanlaşdırmaq üçün miniatür robot təqdim edib


“Samsung” şirkəti “CES 2020” sərgisində yeni nəsil məişət texnikası, çərçivəsiz 8K QLED televizoru və "rəqəmli insan" kimi yenilikləri nümayiş etdirməklə yanaşı, həm də “ağıllı” ev ekosistemini “Ballie” adlı qeyri-adi robotla tamamlayıb. Bu robot ev sahibi olmadıqda mənzilə nəzarət və gündəlik məişət məsələlərini asanlaşdırmaq üçün hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Ballie” miniatür kürə formasında hazırlanıb, korpusa quraşdırılmış təkər hərəkət mexanizmi rolunda çıxış edir. Kamera ilə təchiz edilmiş robot öz sahibini izləyə və səsli sorğulara reaksiya verə bilir. Tamamilə avtonom hərəkət imkanı nəzərdə tutulub.
 
 
Emil Hüseynov







09/01/20    Çap et