Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanlı ixtiraçı təcavüzkarlardan qoruyan “dodaq boyası” hazırlayıb


Hindistanın Banaras Universitetinin tələbəsi Şyama Çaurasi xanımlar üçün dodaq boyasına bənzəyən şəxsi təhlükəsizlik cihazı hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, partlayış səsini xatırladan siqnal çıxardan qurğu ərazinin koordinatlarını təcili yardım nömrəsinə göndərir.

 

“Dodaq boyası”nı işlək hala gətirmək üçün cihazın futlyarındakı düyməyə sıxmaq kifayətdir. Qurğu mobil telefon vasitəsilə enerji toplayır və “Bluetooth” vasitəsilə qoşulur.

 

Emil Hüseynov






10/01/20    Çap et