Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti qeyri-adi dizaynlı mexaniki “Bluetooth” klaviatura təqdim edib


"Xiaomi" şirkəti "Luofei" adlı orijinal mexaniki klaviatura nümayiş etdirib. O, analoqlarından qeyri-adi tərtibatı ilə fərqlənir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, 306 х 114,5 х 30,6 mm ölçülü klaviaturanın çəkisi 810 qram təşkil edir. "Luofei" qurğusunu komplekt "micro-USB" kabelini qoşmaqla həm simli, həm də "Bluetooth" ilə istifadə mümkündür. Klaviaturanın daxilinə 4 min milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, klaviatura bütün aktual əməliyyat sistemləri – "Windows", "macOS", "iOS" və "Android" ilə uyğunluq təşkil edir.

 

Yeni qurğu klavişlərin hər birinin unikal rəngə boyanması, eləcə də bütün palitranın dodaq pomadası çalarlarına malik olması ilə seçilir.

 

Makiyaj üçün lövhə şəklində hazırlanan klaviaturanın dizaynı dairəvi formalı klavişlər sayəsində çap maşınlarını xatırladır.

 

Çində "Luofei" mexaniki klaviaturasının qiyməti 95 dollar təşkil edir.

 

Nizam Nuriyev






18/01/20    Çap et