Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əlillərin vahid elektron məlumat bazası yaranıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə vahid elektron məlumat bazası (VMB) yaradılıb. Nazirlikdən verilən məlumata görə, məqsəd əlillərin problemlərinə kompleks yanaşmanı, fərdi reabilitasiya planı əsasında tibbi və sosial reabilitasiya tədbirlərinin ardıcıl həyata keçirilməsini təmin etməkdir.
VMB-in yaradılması üzrə İşçi Qrup bu istiqamətdə ilk əməli tədbir kimi, respublika üzrə bütün kateqoriyadan olan əlillərin müəyyən edilməsi üçün əlillərlə bağlı bütün məlumatların əks olunduğu sorğu anketləri elektronlaşdırılıb.
Qeyd edək ki, bu işdə nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri və zonalar üzrə Tibbi-sosial ekspert komissiyaları da yaxından iştirak edib.




22/06/11    Çap et