Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan kosmosa insanabənzər robot göndərəcək


Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı yanvarın 22-də pilotsuz kosmik uçuşa göndəriləcək insanabənzər robot təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Gazeta" resursuna istinadən yazır ki, qadın sifətli və uzunsaçlı robot Viom Mitra ("kosmos", "dost" və "tanrı" mənasını verən viom və mitra sözlərindən) adlanacaq. O, müxtəlif vəzifələri yerinə yetirir və ingilis və hindi dilində danışır.

 

Plana görə, robotu daşıyacaq kosmik gəminin buraxılışı 2020-ci ilin sonunda həyata keçiriləcək. Viom Mitra insanı simulyasiya edəcək və Yer kürəsinə hesabat göndərəcək.

 

Nizam Nuriyev






23/01/20    Çap et