Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

10 il bundan öncə “Apple iPad” planşet kompüteri təqdim edilib


10 il bundan əvvəl "Apple iPad" planşet kompüteri təqdim edilib.

 

10 il bundan əvvəl 27 yanvar 2010-cu il tarixində "Apple"ın direktoru Stiv Cobs kompüter bazarında inqilabi sayılan ilk "iPad" planşetini təqdim etmişdi. Tam ölçülü kompüter, oxuducu və qismən də smartfon funksiyalarını özündə birləşdirən sözügedən planşet daima hərəkətdə olan istifadəçilər üçün bir tapıntı idi.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, indi "iPad" planşeti kompüterə tamdəyərli alternativdir. Cihaz "Smart Keyboard" klaviaturası və "Apple Pencil" stilisuna malikdir. "iPad planşetlər bazarında pioner olub, indi isə liderdir. "iPad"da tətbiq edilən innovasiyalar sonralar planşetlər üçün standarta çevrilir" – mətbuat xidmətindən məlumat verilib.

 

Emil Hüseynov






27/01/20    Çap et