Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 7” əməliyyat sistemi üçün yeniləmə paketi çıxarılıb


“Microsoft” korporasiyası “Windows 7” sistemi üçün yeniləmə paketi çıxarıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, proqram istehsalçısı sözügedən əməliyyat sistemi üçün paket çıxarmaq məcburiyyətində qalıb. Bu yeniləmə paketi sistem istifadəçilərinin şikayətləndiyi işçi masa tərtibatının itməsi problemini aradan qaldırır. “The Verge” nəşri yazıb ki, şirkət yanvarın 14-dən sonra “Windows 7” sisteminin yenilənməməsi ilə bağlı vədini pozmalı olub.

 

Nəşrin məlumatına görə, “Microsoft” əvvəlcə yalnız korporativ müştərilər üçün paket buraxmağı planlaşdırıb, ancaq şirkət yeniləməni “Windows 7” surətinin bütün sahibləri üçün təqdim edib.

 

Emil Hüseynov






28/01/20    Çap et