Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” məxfiliyi gücləndirmək üçün yeni funksiyalar istifadəyə verir


"Facebook" məxfiliyi gücləndirmək üçün yeni funksiyalar istifadəyə verməyə hazırlaşır. Bu, istifadəçilərə məxfilik parametrlərini yoxlamağa və ona dəyişikliklər etməyə imkan verəcək. Bu haqda şirkətin bloqunda məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, sosial şəbəkə yaxın vaxtlarda istifadəçilərə onları "Məxfilik yoxlanışı" bölməsinə (Privacy Checkup) yönəldəcək bildirişlər göstərməyə başlayacaq. Həmin bölmədə istifadəçilər bütün məxfilik parametrlərini yoxlaya və lazımlı dəyişikliklər edə biləcəklər.

 

Bundan başqa, sosial şəbəkə "Facebook-dan kənar aktivliyiniz" (Off-Facebook Activity) adlı bölmə də istifadəyə verəcək. Bu bölmə istifadəçilərə onların fərdi informasiyasını şirkətlə paylaşan xidmət və yerlər haqqında məlumat verəcək.

 

Emil Hüseynov






29/01/20    Çap et