Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Philips” məişət texnikasının istehsalını dayandıracaq


“Royal Philips” məişət texnikası istehsalı üzrə biznesini satmaq niyyətində olduğunu açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, şirkət məişət texnikasının istehsalı üzrə biznesini “Philips Group” daxilində ayrı bir struktura ayıracaq. Bu prosesə 12-18 ay vaxt lazımdır. Bundan sonra “Philips” şirkəti bu bölmə üçün alıcı tapmaq niyyətindədir.

 

"Biz son illərdə “Philips” şirkətinin mühüm hissəsinə çevrilən məişət texnikası bölməsinin göstəricilərini xeyli yaxşılaşdırmışıq. Lakin bu biznes tibbi texnologiyalar sahəsində dünya lideri kimi şirkətimizin strateji baxışlarına uyğun deyil" – şirkətin baş direktoru Frans van Houten deyib.

 

Emil Hüseynov






29/01/20    Çap et