Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rumıniyanın şirkəti antivirus şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir


“BakuTel-2011” 17-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Rumıniyanın İKT sahəsində çalışan “Bitdefender” şirkəti də xidmətlərini təklif edir. Şirkətin meneceri Oktavian Çerneuçyanu bildirib ki, “Bitdefender” informasiya təhlükəsizliyi və antivirus müdafiəsini təmin edən proqramların kompleks hazırlanması üzrə ixtisaslaşıb.

 

Onun sözlərinə görə, dünyanın 100-dən artıq ölkəsi şirkətin antivirus proqramlarından distribüter şəbəkəsi vasitəsilə istifadə edir. Qurum hər il müxtəlif şirkətlər üçün innovasiya texnologiyasının əsasında bazara yeni məhsullar təqdim edir, köhnələrini isə daha da modernləşdirir.

 

Onun proqram təminatı, həmçinin fərdi və korporativ kompyuterlərin müdafiəsi sahəsindəki uğuru başlıca olaraq müasir texnologiyaların tətbiqi ilə bağlıdır. “Bitdefender”in antivirus proqramı güclü olmaqla yanaşı, istifadədə çox asandır. Şirkət Azərbaycanda da nümayəndəliyini açmaq niyyətindədir.






28/11/11    Çap et