Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlon Mask robot neyrocərrahın hazırlanmasına rəhbərlik edəcək


“Neuralik” şirkəti ABŞ iş adamı İlon Maskın rəhbərliyi ilə robot neyrocərrahın hazırlanması ilə məşğul olacaq. Bu barədə İ.Maskın “Twitter” səhifəsində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yeni neyrointerfeysin işi haqqında ətraflı məlumat verməyən İ.Mask onun 2020-ci ilin yayında təqdim ediləcəyini bildirib.

 

Robot neyrocərrah elektrodları baş-beyinə implantasiya edərək onun tutma və ya bədbəxt hadisə nəticəsində zədələnmiş nahiyələrini əvəzləyəcək.

 

Tezliklə robotun könüllülər üzərində əməliyyatlar aparacağı gözlənilir.

 

Nizam Nuriyev






06/02/20    Çap et