Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD” şirkəti öz brendi altında yaddaş satışlarına başlayır


“AMD” şirkəti istehlak bazarında yeni məhsul – öz brendi altında “DDR3” əməli yaddaş modulları təqdim edib. Qeyd edilir ki, “AMD” şirkətinin təşəbbüsünü “Patriot Memory” və “VisionTek Products” dəstəkləyir.

 

“AMD” şirkəti qeyd edib ki, yaddaşın test edilməsi və onun hibrid və adi prosessorlarla, həmçinin qrafik sürətləndirici ilə iş üçün optimallaşdırılması ilə bağlı “AMD OverDrive” alətlər dəsti istifadə edilib. “AMD” şirkəti yaddaş modullarının qiymətini dəqiqləşdirmir, lakin rəqabətə davamlı olacaqlarına söz verib.






29/11/11    Çap et