Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei P40 Lite” smartfonu təqdim edilib


Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal xəttinə aid olan ucuz “Huawei P40 Lite” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “P40 Lite” aparatı “Full HD+” təsvir ölçülü 6,4 düymlük IPS matrisli ekrana malikdir. Barmaq izləri skaneri yan çərçivədə yerləşdirilib, “IPS” texnologiyası skaneri ekrana inteqrasiya etməyə imkan vermir. Korpus hər iki tərəfdən şüşədən işlənib hazırlanıb.
 
Smartfona 4 kamera quraşdırılıb:
 
 
·         Əsas – 48 mp-lik;
·         Genişbucaqlı – 8 mp-lik, 120 dərəcə;
·         Makro – 2 mp-lik;
·         Dərinlik datçiki – 2 mp-lik.
 
“Kirin 810” prosessoru ilə təchiz edilmiş “P40 Lite” smartfonu 6 QB əməli və 128 QB daxili yaddaşa malikdir. Aparat “EMUI 10” interfeysli “Android 10” versiyasının idarəetməsi altında işləyir. Amma “Google”un xidmətləri əlçatan deyil. Smartfona 4200 milliamper/saat tutumunda batareya quraşdırılıb.
 
Hələ ki yalnız Avropa bazarında əlçatan olan “Huawei P40 Lite” smartfonunun qiyməti 299 avrodur.
 
Emil Hüseynov




27/02/20    Çap et