Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın İT şirkəti "Təhlükəsiz region" sisteminin yaradılmasını başa çatdırıb


Azərbaycanın İT şirkəti "İDRAK Technology Transfer" "Təhlükəsiz region" sisteminin yaradılması üzrə işləri yekunlaşdırıb. Bu barədə şirkətin vitse-presidenti Ayaz Cəfərov məlumat verib. Onun sözlərinə görə, sistem daha çox güc strukturlarına istiqamətlənib və Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin fəaliyyətləri zamanı tətbiq edilə bilər.

 

O, həmçinin Səhiyyə Nazirlyində və s. də tətbiq edilə bilər. "Təhlükəsiz region" sistemi dövlət idarələrində hadisələrin gedişatı mərkəzinin yaradılmasını nəzərdə tutur. Bura müvafiq informasiya daxil olacaq və onun əsasında operativ tədbirlər görülə bilər", - Cəfərov bildirib.

 

"Təhlükəsiz region" sisteminə üzün tanınmasının biometrik texnologiyası da daxil edilib ki, bu da sistemin axtarışda olan insanı öz hərəkət sərhədində müəyyən etməsindən dərhal sonra operativ informasiya almağa imkan verəcək.






30/11/11    Çap et