Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemində bir sıra təhlükəli boşluqlar aradan qaldırılıb


"Google" şirkəti "Android" əməliyyat sistemi üçün 71 boşluğu aradan qaldıran planlı təhlükəsizlik yeniləmələri təqdim edib. Problemlər "Android Oreo", "Android Pie" və "Android 10" versiyalarına aid olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, ən təhlükəli boşluqlar multimedia proqram platformasında (CVE-2020-0032, CVE-2020-0033, CVE-2020-0034) aradan qaldırılıb. Onlardan istifadə hakerə sərbəst kodu məsafədən xüsusi yaradılmış fayl vasitəsilə imtiyazlı proses kontekstində yerinə yetirməyə imkan verib.

 

Bildirilir ki, digər təhlükəli boşluqlar nüvə komponentlərində (CVE-2019-19527, CVE-2019-19537, CVE-2020-0040, CVE-2020-0041) mövcud olub. Onların ikisindən istifadə lokal hakerə xüsusi yaradılmış "USB" qurğusunun köməyi ilə sərbəst kodu yerinə yetirməyə imkan verib. "Android" sistemli qurğuya hücum üçün cinayətkarın smartfona fiziki çıxış imkanı olmalıdır.

 

Daha çox (48) boşluq "Qualcomm" komponentlərində aradan qaldırılıb.

 

Nizam Nuriyev






05/03/20    Çap et