Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wi-Fi 6” standartını dəstəkləyən ilk “Samsung” televizorları təqdim olunub


“Samsung” şirkəti “Wi-Fi 6” standartını dəstəkləyən dünyanın ilk televizorlarını buraxıb. Bu barədə şirkətin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, yanvarda Cənubi Koreya istehsalçısı ilin yeni “8K QLED TV” televizor model sırasını geniş ictimaiyyətə təqdim edib. Nümayiş zamanı şirkət nümayəndələri yeni qurğuların dəstəklədiyi “ATSC 3.0” standartına xüsusi diqqət çəkiblər. Qeyd olunan standart yeni keyfiyyətli təsvir və səsötürməyə aiddir, eləcə də əlavə interaktiv xüsusiyyətləri nəzərdə tutur.

 

Bildirilir ki, təqdimat zamanı şirkət nümayəndələri tərəfindən nümayiş olunan qurğuların malik olduğu yeni “Wi-Fi 6” standartı sadalanmayıb. Beləliklə, bu, “Wi-Fi 6” standartı ilə rabitə imkanına malik dünyanın ilk televizorlarıdır. Yeni standart “Q900” və “Q950” TV modellərinə quraşdırılıb.

 

Xatırladaq ki, “Wi-Fi 6” 12 Qbit/saniyə ötürmə sürətini təmin edən “802.11ax” simsiz məlumat ötürmə standartıdır.

 

Nizam Nuriyev






06/03/20    Çap et