Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər xeyirxahlıq üçün bankları soyur


Team Poison qrupunun hakerləri Birləşmiş Millətlər Təşkilatının (BMT) təxminən 1000-ə yaxın əməkdaşının elektron poçt ünvanlarını və şifrələrini dərc ediblər. Hakerlər qrupun mikrobloqunda bu barədə məlumat verib. Pastebin xidmətində dərc edilmiş məlumatlar tezliklə resursun səhifələrindən silinib.

 

Hakerlər dərc edilmiş məlumatlarda nə üçün BMT-nin fəaliyyətini "dayandırmağa" qərar verdiklərini izah ediblər. Təşkilatın hədəfi dünya hökumətinin yaradılmasıdır. Hakerlər BMT-ni münaqişələr zamanı yanlış fəaliyyətinə görə ittiham ediblər.

 

"BBC" –nin məlumatına görə, beynəlxalq təşkilatın nümayəndəsi bildirib ki, 2007-ci ilin məlumatları olan server qırılıb, orda isə aktual şifrələr olmayıb. Bazar ertəsi, noyabr ayının 28-də Team Poison nümayəndələri və Anonymous qrupu “Robin Hood” əməliyyatının başlanması haqqında məlumat yayıb.

 

Əməliyyat çərçivəsində hakerlər banklarda yerləşdirilən əmanətləri ələ keçirməyi və onları xeyriyyə təşkilatlarının balansına köçürtməyi planlaşdırırlar.






30/11/11    Çap et