Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Necurs” haker şəbəkəsinə qarşı əməliyyat keçirib


“Microsoft” korporasiyası dünyada ən böyük kibercinayətkar şəbəkələrdən biri olan “Necurs”u zərərsizləşdirib. Bu barədə “Microsoft”un nümayəndələrinə istinad edən “The New York Times” qəzeti yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, “Necurs” dünyada təxminən 9 milyon kompüteri zərərverici proqramlara yoluxduraraq onları nəzarət altına alıb və həmin kompüterləri spam göndərilməsi məqsədilə istifadə edib. “Microsoft”un rəqəmli cinayətlərlə mübarizə bölməsinin mütəxəssisləri kibercinayətkarlara qarşı əməliyyat keçiriblər.

 

“Microsoft” bu əməliyyatı 8 il hazırlayıb və onu 35 ölkədən olan həmkarları ilə koordinasiya edib və onları inandırıblar ki, “Necurs” onların internet seqmentində kibercinayətlər həyata keçirir. Qəzet yazır ki, bu haker şəbəkəsi dövlət səviyyəsində dəstəyə malik deyil.

 

1975-ci Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş “Microsoft” müxtəlif qurğular üçün proqram təminatının hazırlanması üzrə ən böyük korporasiyalardan biridir.

 

Emil Hüseynov






11/03/20    Çap et