Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərekspresspoçt yeni xidmət təqdim edir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC-nin Azərekspresspoçt rabitə müəssisəsi 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ərəfəsində yeni xidmət növünü təqdim etməyə başlayıb.

 

Müəssisənin saytında (www.azems.az/) artıq “elektron ticarət” bölməsi yaradılıb ki, istifadəçilər səhifədə yerləşdirilmiş internet-mağazalarından istənilən malı seçə, müxtəlif üsullarla ödənişlər edə və seçdikləri çeşidi Azərekspresspoçt-un unikal beynəlxalq və daxili EMS (sürətli poçt rabitəsi xidmətləri) şəbəkəsi vasitəsi ilə Azərbaycanda istənilən ünvana qısa zamanda, aşağı qiymətlərlə, etibarlı və təminatlı çatdırılmasını sifariş verə bilərlər.






01/12/11    Çap et