Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da şəhərlərarası sərnişindaşıma üçün aerotaksi yaradılacaq


ABŞ-ın “Transcend Air” şirkəti şəhərlər arasında sərnişinlər daşıyacaq “Vy 400” adlı aerotaksi hazırlayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Vy 400” aerotaksisi uclarında hava vintlərinin quraşdırılacağı dönən qanadlı konvertoplan sxemi üzrə yaradılacaq. Quyruq hissəsində ventilyatorun yerləşdirilməsi planlaşdırılır.

 

Layihəyə görə, aerotaksi 993 kiloqramadək ağırlıqda yükləri daşıya biləcək. O, 6 kilometr hündürlükdə 648 km/saat sürətlə uçuşlar yerinə yetirəcək.

 

“Transcend Air” artıq aerotaksinin kiçildilmiş prototiplərinin, eləcə də onun proqram təminatı və idarəetmə sistemlərinin sınaqlarına başlayıb. Gələcəkdə “Vy 400” aerotaksisindən Nyu-York-Boston və Los-Anceles-San-Fransisko marşrutları üzrə istifadə nəzərdə tutulur.

 

Nizam Nuriyev






18/03/20    Çap et