Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib


“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus aparatlar “Qualcomm” prosessoru və 4 sensorlu kamera ilə təchiz ediliblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, seriyaya “Redmi K30 Pro” və “K30 Pro Zoom” smartfonları daxildir. Hər iki cihaz 1080x2040 piksel təsvir ölçülü 6,67 düymlük “Super AMOLED” displey, “Snapdragon 865” prosessoru, 8 QB-dək əməli yaddaş və 256 QB-dək daxili yaddaşla təchiz ediliblər. 20 meqapiksellik ön kamera açılıb yığılan modulda gizlədilib.

 

Hər iki qurğu 33 vattlıq sürətli enerjidoldurma texnologiyasına malik 4700 milliamper/saat tutumlu akkumulyator, ekranda gizlədilmiş daktiloskopik sensor, NFC, “Wi-Fi 6”, USB Type-C portu ilə təchiz ediliblər. Aparatlar yalnız bəzi detalları ilə fərqlənir. Məsələn, “K30 Pro” aparatı 64, 5, 13 və 2 meqapiksel təsvir ölçülü sensora malik kamera, “K30 Pro Zoom” isə 64, 8, 13 və 2 meqapiksellik kameraya malikdir. Həmçinin “K30 Pro”da qulaqlıqlar üçün konnektor var.

 

Sözügedən aparatlar aprelin 4-də Çində satışa çıxarılacaq.

 

Emil Hüseynov






29/03/20    Çap et