Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb


“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada videonun keyfiyyətini aşağı salıb. Bu barədə “Reuters” agentliyinin sosial şəbəkələrin nümayəndələrinə istinadən verdiyi məlumatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, hazırda Avropa ölkələrində əksər insanlar koronavirusun yayılması ilə əlaqədar məsafədən işləmək məcburiyyətindədir.

 

“Biz şəbəkələrin buraxılış qabiliyyətinin aktiv tətbiqi dövründə onların məhdudiyyətlərinin aradan qaldırılması məqsədilə tərəfdaşlarla birgə fəaliyyət göstərməklə insanlar üçün “Facebook” əlavə və servisləri vasitəsilə daim xətdə qalmaq imkanını təmin etmək niyyətindəyik”, – şirkət nümayəndəsi qeyd edib.

 

Nizam Nuriyev






29/03/20    Çap et