Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Professional İnformasiya Texnologiyaları Tədrisi Mərkəzi


İnformasiya texnologiyaları sahəsində yüksək keyfiyyətli bilik (Egey Universiteti Bilgisayar Muhendisliyi) və bacarıqlara, habelə beynəlxalq Sertifikatlara (MCP, MCTS, MCITP, MCSA, MCSE, MOUS, MCT, A+, UNIX, RHCE, OCP, CCNA, CCNP) malik ixtisaslı mütəxəssislərin cəlb olunduğu mərkəz kurslarda təhsil alan şəxslərə informasiya texnologiyaları sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirmək, yeni bilik və bacarıqlara yiyələnmək, habelə bu sahədə təhsillərini daha da artırmaq üçün geniş imkanlar yaradır.
Tədris mərkəzinin rəhbəri Ruslan Şərifovun ICTnews-ə verdiyi məlumata görə, Professional İnformasiya Texnologiyaları Tədrisi Mərkəzi kompleks informasiya texnologiyaları çözümləri hazırlayan və təqdim edən İT şirkətlərindən biridir.
Qeyd edək ki, müəssisənin işçi qrupları səviyyəsində kiçik kompyuter şəbəkələrindən tutmuş və daha geniş, mürəkkəb proyektlər, şəbəkə təhlükəsizliyi, elektron poçt kimi bir sıra xidmətləri mövcuddur.




22/06/11    Çap et